Bu gün Çempionlar Liqasının qrup mərhələsində Türkiyənin “Beşiktaş” klubu öz meydanında “Napoli”ni qəbul edib.
Strateq.az xəbər verir ki, oyunun 79-cu dəqiqəsində Kuarejmanın yerinə yetirdiyi penalti ilə önə çıxan türk komandası cəmi 3 dəqiqə sonra qapısından top buraxıb.
Hamşik hesaba tarazlıq gətirib. Beləliklə, hesab 1-1 başa çatıb.
Bu oyunla qrupda məğlubiyyətsizlik seriyasını sürdürən "Beşiktaş" 6 xalla ikinci pillədə qərarlaşıb. Türk komandasını 4 xalla izləyən "Benifika" əgər bu gün 1 xalla qrupun sonuncusu olan Kiyevin "Dinamo" komandasına qalıb gələrsə, o zaman 7 xalla ikinci pilləyə sahiblənə bilər. Qrupun lideri isə 7 xalla "Napoli"dir.