XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

02 Noyabr 2016 - 10:49

Pakistanın ticarət naziri Azərbaycanasəfər edəcək

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistanın federal ticarət naziri Xurram Dastgir Xanla görüşüb.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Pakistanın Baş nazirinin ötən ay Azərbaycana uğurlu səfəri xatırlanıb, Azərbaycanla Pakistan arasında mövcud olan yüksək səviyyəli əlaqələrin yaratdığı imkanlar vurğulanıb, iki ölkə rəhbərlərinin səmimi dostluq münasibətlərinin əlaqələrə xüsusi təkan verdiyi qeyd olunub.

Səfir Ə.Əlizadə qarşılıqlı iqtisadi və ticari əlaqələrin inkişafında hər iki ölkənin müvafiq qurumlarının önəmli rolunun olduğunu bildirərək, Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişaf, iş adamları, xarici investorlar üçün yaradılan münbit şərait, nəqliyyat dəhlizləri, sənaye şəhərcikləri, investisiya parkları, istehsal müəssisələri və digər iqtisadi və ticari imkanlarla federal ticarət nazirinin daha yaxından tanışlığının əlaqələrdə yeni imkanların müəyyən edilməsi baxımından yararlı olacağını bildirib.

Pakistanın federal ticarət naziri X.Dastgir Xan Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişafın böyük maraqla qarşılandığını, iki ölkə arasındakı ticari və iqtisadi potensialın yüksək olduğunu qeyd edib və Azərbaycanın iqtisadiyyat nazirinin dəvətinə əsasən Azərbaycanla yaxından tanışlıq, Pakistanla Azərbaycan arasında iqtisadi və ticari əlaqələrin daha da artırılması imkanlarının müzakirəsi üçün mümkün olan yaxın zamanda Azərbaycana səfər edəcəyini bildirib.

Görüşdə həmçinin müqavilə-hüquq bazasının artırılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.