XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Noyabr 2016 - 12:34

“Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydaları”ndadəyişikliklər

Nazirlər Kabineti 2012-ci il 12 oktyabr tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydaları"nda dəyişikliklər edib.

Dəyişikliklərə əsasən, Qaydaların 3-cü hissəsinin mətni aşağıdakı redaksiyada verilir:

"Gömrük brokeri yenidən təşkil edildikdə, adı və ya hüquqi ünvanı dəyişdikdə, dövlət reyestrində müvafiq dəyişikliklər edilir.".

4.1-ci və 4.2-ci bəndlər aşağıdakı redaksiyada verilir:

"4.1. Gömrük brokerinin fəaliyyəti dayandırıldıqda və ya fəaliyyətinə xitam verildikdə, gömrük brokeri dövlət reyestrindən çıxarılır.

4.2. Fəaliyyəti dayandırılmış gömrük brokerinin fəaliyyəti yenidən bərpa edildikdə, gömrük brokeri yenidən dövlət reyestrinə daxil edilir.".