XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Noyabr 2016 - 13:14

Nazir Azad Rəhimov vətəndaşları qəbul edəcək- Biləsuvarda

azad-3

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov noyabrın 4-də Biləsuvarda vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında (Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 1, Heydər Əliyev parkının ərazisi, rayon icra hakimiyyətinin binası ilə üzbəüz) başlanacaq.

Vətəndaşlar qəbula yazılmaq üçün Ağcabədi (050-515-29-00), Beyləqan (055-743-12-12), Biləsuvar (050-504-44-22) və İmişli (050-635-66-49) rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.