XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2016 - 14:23

Azərbaycanda “iPhone 7” smartfonlarınınson qiymətləri

"Alma Store" ("Apple" firma mağazalarının Azərbaycandakı şəbəkəsi) "iPhone 7" və "iPhone 7 Plus" smartfonlarının satışını elan edir.

Trend-in məlumatına görə, ən son "iPhone" məhsulları noyabrın 4-dən etibarən satışa çıxarılacaq.

"iPhone 7" smartfonlarının qiyməti telefonların yaddaş həcmindən asılı olaraq dəyişəcək. Belə ki, 32, 128 və 256 qiqabaytlıq smartfonların qiyməti, müvafiq olaraq, 1699, 1999 və 2249 manat təşkil edəcək.

32, 128 və 256 qiqabaytlıq "iPhone 7 Plus" smartfonlarının satış qiymətləri isə müvafiq olaraq, 2049, 2299 və 2549 manat olacaq.

Smartfonlar 5 rəngdə – çəhrayı qızılı, qızılı, gümüşü, qara və qara oniks – təqdim olunur.