XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Noyabr 2016 - 14:39

Türkiyə XİN başçısı:“Ölkəndə terrora qarşı mübarizə apara bilmirsən, amma qoçuluq etmək istəyirsən?”

mvlud

“Öz ölkəndə terrora qarşı mübarizə apara bilmədiyin halda qoçuluq etmək istəyirsən?!”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

İraqın baş naziri Heydər əl-İbadinin İraqdakı Türkiyə əsgərlərini hədələyən açıqlamasına mübasibət bildirən M.Çavuşoğlu deyib: “Biz cavab verəndə dost ölkələr sonra “biz onsuz da çətin vəziyyətdəyik, bizi pis vəziyyətdə qoymayın” deyirlər. Biz əvvəldən söyləyirik, hərbçilərimizi sərhədin o biri tərəfinə göndərməmişik. Terrorçu İŞİD bizim sərhədimizə gələ bilər. Bundan başqa sərhədimizin o biri tərəfində 2 min PKK terrorçusu var. PKK qruplaşması dünyanın terrorçu təşkilatları siyahısındadır. İŞİD-ə qarşı göstərdiyi həssaslığı Sincar bölgəsində torpaqlar ələ keçirən və Süleymaniyyəni də məğlub etmək istəyən PKK-ya qarşı niyə göstərmirsən? Bizim tədbirlərimiz terror təhdidlərinə qarşıdır".

M.Çavuşoğlu qeyd edib ki, rəsmi Ankaranın bu istiqamətdəki fəaliyyəti İraq hökumətinə qarşı yönəlməyib: "Biz həm də İraqa köməklik göstəririk. Sən niyə pis niyyətlə düşünürsən? Biz İraqın dost və qardaş ölkə olduğunu deyirik. İraqın ərazi bütövlüyünü bizdən daha yaxşı dəstəkləyən yoxdur. Ayrılmaya meyili olanlara ən sərt mesajı biz verdik. O ki qaldı, güc məsələsinə, o zaman sənin elə gücün vardısa Mosulu niyə 6 gündə İŞİD-ə təsliim etdin?! Əgər belə güclüsənsə  niyə PKK illərdi torpaqlarını işğal edir? Zəifsən, amma bəlağətlə danışıb, qoçuluq etmək istəyirsən. Bunlar isə bizim üçün boş şeydir. Biz əvvəlcədən də elan etdiyimiz tədbirləri görəcəyik” .

Qeyd edək ki, Heydər əl-İbadi növbəti dəfə Türkiyə hərbçilərinin İraqdan çıxmasını tələb edib. Baş nazir bildirib ki, bu baş verməzsə türk hərbçilərini zorla İraq ərazisindən çıxarmağa gücləri çatacaq.  (Report)