XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2016 - 15:18

Hərbi müttəfiqindən Moskvaya kəşfiyyat zərbəsi:"İkili vətəndaşlığı olan şəxslər çalışa bilməyəcəklər"

tacik

Tacikistan parlamenti milli təhlükəsizlik orqanları haqqında qərar qəbul edib.

Bunu jurnalistlərə açıqlamasında Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Mənsurcan Ömərov söyləyib.

Onun sözlərinə görə, bundan sonra Tacikistan milli təhlükəsizlik orqanlarında ikili vətəndaşlığı olan şəxslər çalışa bilməyəcəklər:

“Qəbul edilən qanuna əsasən, bundan sonra Tacikistan təhlükəsizlik orqanlarında çalışanlar tacik dilini bilməli və yalnız Tacikistan vətəndaşı olmalıdırlar. Bu qanun dövlət sirlərinin qorunmasına yönəldilib”.

Qeyd edək ki, Tacikistan yalnız Rusiya ilə ikili vətəndaşlıq haqqında razılaşmaya sahibdir. Rəsmi Düşənbə Moskvanın hərbi müttəfiqidir. Hər iki ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.  (Axar.az)