XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2016 - 15:33

Minsk-Bakı-Minsk reysi üzrə biletlər ucuzlaşır- 50 faizlik endirim

“Aviakompaniya “Belavia” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Anatoli Qusarov noyabrın 2-də jurnalistlərə bildirib ki, “Belavia” noyabrın 3-dən başlayaraq qış uçuş cədvəlinin müddətinin sonuna qədər bütün reyslərə tarifləri 50 faiz aşağı salır.

Azərtac BELTA agentliyinə istinadla xəbər verir ki, A.Qusarov bu xəbəri belə izah edib: “Yaxın günlərdə biz öz peşə bayramımıza həsr edilmiş aksiya başlayacağıq. Şirkətin saytında sabahdan başlayaraq qış uçuş cədvəlinin müddətinin sonuna qədər bütün istiqamətlər üzrə minimal tariflərin 50 faizi dəyərində biletlər satışını təklif edəcəyik”.