XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2016 - 17:18

Bərdədə zəhərlənən uşaq nəzarətə götürüldü- Bakıdan iki həkim ezam olundu

Bərdənin Xan Ərəb kəndində zəhərlənmə nəticəsində Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 45 yaşlı Könül Məmmədova, 22 yaşlı Pərviz Məmmədov və 5 yaşlı Cahid Məmmədovun müalicəsi davam etdirilir.

Bu barədə Trend-ə xəstəxananın baş həkimi Rəna Mustafayeva məlumat verib.

Baş həkim bildirib ki, aparılan müalicələr nəticəsində K.Məmmədova və P.Məmmədovun səhhəti nisbətən normallaşsa da, 5 yaşlı Cahid Məmmədovun vəziyyəti həddindən artıq ağırdır: "Əvvəlcə uşağı uşaq xəstəxanasına aparmışdılar. Vəziyyəti ağır olduğu üçün onu öz xəstəxanamıza köçürdük. Hazırda reanimasiyadadır, vəziyyəti həddindən artıq ağırdır. Əlimizdən gələni edirik".

Baş həkim bildirib ki, uşağın vəziyyəti ağır olduğundan paytaxtdan kömək çağırılıb: "Səhiyyə Nazirliyinin göstərişi ilə Mərkəzi Klinik Xəstəxanadan anestezioloq və reanimatoloq xəstəxanaya ezam olunub. Həkimlər 20 gün burada olacaq və uşağın sağalması üçün lazım olan bütün vasitələrdən istifadə olunacaq".