XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Noyabr 2016 - 19:28

İranın ali rəhbəri:“ABŞ-la yaxınlaşmaq İranın problemlərini həll etməyəcək”

iran

“ABŞ-la yaxınlaşmaq İranın problemlərini həll etməyəcək”.

Bunu İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamenei noyabrın 2-də ölkənin tələbə cəmiyyətlərinin təmsilçiləri ilə görüşdə bildirib.

“ABŞ-la yaxınlaşmanın İranın problemlərini həll edəcəyini deyənlər çox böyük səhvə yol verirlər. Bunu təsdiq etmək üçün onlarla fakt sadalamaq olar. Bu, yalnız mənin qənaətim deyil. Atom problemi ilə bağlı danışıqlarda iştirak edən nümayəndələrimiz də hesab edirlər ki, amerikalılar öz vədlərini yerinə yetirməyən yalançılardır”, – deyə o söyləyib.

Xatırladaq ki, ayətullah Xomeyni yolunun – “Xətte-imam”ın davamçıları 1979-cu il noyabrın 4-də ABŞ-ın İrandakı səfirliyinin binasını tutmuş, əməkdaşlarını girov götürmüşdülər. Səfirliyin işçiləri 444 gün girov saxlanmışdı. Noyabr hadisələrini yada salan İranın ali rəhbəri inqilabın lideri, ayətullah Xomeyninin o vaxt söylədiyi fikri təkrarlayıb: ”Casus yuvasını (ABŞ-ın Tehrandakı səfirliyini nəzərdə tutur ) ələ keçirmək ikinci inqilab (1979-cu il fevral inqilabından sonra) idi. İranlı tələbələr inqilabın boğulmasına imkan vermədilər”. (Report)