XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

02 Noyabr 2016 - 19:39

SOCAR və Misir Dövlət Neft Şirkəti arasında memorandum imzalanıb

SOCAR

Noyabrın 2-də Misirə rəsmi səfəri çərcivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu ölkənin neft və mineral ehtiyyatlar naziri Tarık əl Molla ilə göruşüb.

Görüşdə tərəflər SOCAR ilə EGPC (Misir Dövlət Neft Şirkəti) arasında əməkdaşlığın genişləndirilməsi, Misirin neft sənayesinin modernləşdirilməsində SOCAR-ın rolu və həyata keçirilən digər müştərək layihələr barədə fikir mübadiləsi aparıblar. Görüşün sonunda SOCAR prezidenti R.Abdullayev və EGPC-nin icraçı direktoru Tarık əl Hadidi tərəfindən iki qurum arasında Anlaşma Memorandumu imzalanıb.