XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2016 - 20:17

Vitse-prezident:"Bakı Neft Emalı Zavodunda tikinti işlərinə martda start veriləcək"

vitse

 Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) yenidən qurulması və modernizasiyası layihəsi çərçivəsində tikinti işlərinə 2017-ci ilin mart ayında başlanacaq. Bunu SOCAR-ın stateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.

"Ötən ilin oktyabr-noyabr aylarında lisenziyarlarla müqavilələr imzalanıb və 4-5 ay ərzində baza layihələr işlənib. "Amec-Foster Wheeler"/"SOCAR-Foster Wheeler" alyansı İlkin Detallı Layihələndirmə (FEED) işləri üzərində işləyir. Dekabr ayında artıq yeni qurğulara aid hissə, gələn ilin mart ayında ümum zavod təsərrüfatına aid hissə hazır olacaq. Bu vaxtdan əsas EPC (Mühəndislik, Satınalma və Tikinti) mərhələsinə keçilir”, – deyə T.Qəhrəmanov qeyd edib.

Onun sözlərinə görə, iki tender keçiriləcək. Vitse-prezident ilk tenderin yanvar ayından, digərinin isə aprel ayından başlayacağını qeyd edib. O bildirib ki, birinci tender əsasında yeni qurğuları tikəcək şirkət, ikinci tenderdə yenidənqurma işlərini aparacaq podratçı şirkət seçiləcək: “Birinci tender üçün 7 şirkət seçilib. İkinci tender üçün hazırda ön qiymətləndirmə işləri aparılır”.

T. Qəhrəmanov BNEZ ərazisindəki yeni bitum qurğusundan da danışaraq xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə artıq bu qurğunun təməli qoyulub və 2018-ci ilin iyun ayında bu qurğu istismara buraxılmalıdır.

SOCAR-ın vitse-prezidenti əlavə edib ki, bu işlərin görülməsində əsas məqsəd Zavodda istehsal olunan neft məhsullarının həm keyfiyyətini artıraraq “Euro-5” standartına çatdırmaq, həm də neft emalının kəmiyyətini artırmaqdır: “Hazırda təqribən 1,3 mln. ton benzin istehsal olunursa, yenidənqurma işlərindən sonra bu rəqəm 2,2-2,3 mln. tona çatacaq. Dizel yanacağı 2,3 mln. tondan 2,9 mln. tona, aviayanacağın 700 min tondan 1 mln. tona çatdırılacaq”.  (Report)