XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

03 Noyabr 2016 - 09:46

Azərbaycan yeni pilotsuz uçuş aparatı hazırladı:Kiçik həcmli yük və dərman daşınması üçün istifadə oluna bilər

pua

Azərbaycan Milli Aviasiya Akademiyası yeni pilotsuz uçuş aparatı (PUA) hazırlayıb.

Bunu mühəndis-konstruktor, akademiyanın müəllimi Əkbər Əliyev deyib. "Flying wing" (Uçan qanad) adlı yeni uçuş aparatı Bakıda keçirilən II Azərbaycan Elm festivalında nümayiş etdirilib. (Trend)

Ə.Əliyevin sözlərinə görə bu layihə akademiyanın təşəbbüsüdür. Uçuş aparatı bumeranq şəklindədir və qanadların ölçüsü 1,12 metr təşkil edir: “Aparat həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilər. Dinc vaxtlarda onun istifadəsinə tələbat daha çox ola bilər”.

PUA yol-nəqliyyat hərəkətinə nəzarət, dağlarda aeroçəkilişlər, kiçik həcmli yük və dərman preparatlarının daşınması üçün istifadə oluna bilər.

Ə.Əliyev bildirib ki, "Flying wing" hava şəraitindən asılı olaraq 10-20 dəqiqə müddətinə uçuş həyata keçirə bilər.