XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2016 - 14:05

Sabiq MTN əməkdaşı “yanan bina” ilə bağlı ifadə verdi:“Deyirlər ki, guya bu məsələdə mənim rolum olub”

yanan bina

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

 Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs kimi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Xəyyam Babayev ifadə verib. O deyib ki, 2012-ci ildən həmin binada yaşayır: "Evdəydim, mətbəxin pəncərəsindən evə tüstü dolduğunu gördüm. Nə baş verdiyini aydınlaşdırmaq üçün həyətə düşdüm. Binanın arxa tərəfindən, notariat kontorunun qabağından yanğının baş verdiyini gördüm. Yanğını görən kimi evə qayıdıb, uşağı götürüb çölə çıxdım. Uşağı baxıcının evinə apardım. Qayıdanda isə yanğın artıq şiddətlənmişdi". (APA)

 X. Babayev mətbuatda özü haqqında yazılan məlumatlara da münasibət bildirib: "Deyirlər ki, guya bu məsələdə MTN əməkdaşının rolu olub. Bunlar yalandır. Mən daimi işdə oluram. Yalnız həmin ərəfədə Avropa Oyunları ilə bağlı növbəli çalışmışam. Yanğın baş verən gün, gecə 12-dən 5-ə qədər növbədə olmuşam. Yanğın birmərtəbəli qeyri-yaşayış sahəsinin üzərində başladı. Yanğının baş verdiyi ümumi istiqaməti göstərmişəm".

Proses davam edir.