XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 November 2016 - 17:46

İran:“ABŞ nüvə razılaşmasını yerinə yetirməsə…”

iran

Nüvə razılaşması Amerikanın beynəlxalq sazişlərdəki əsl simasını ortaya qoydu.

Bunu jurnalistlərə açıqlamasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərinin köməkçisi Hüseyn Salami söyləyib. Onun sözlərinə görə, Amerika nüvə razılaşmasının şərtlərini yerinə yetirməsə, Tehran bu razılaşmanı tam ləğv edəcək:

“Biz sonuna qədər haqlarımızın arxasınca gedəcəyik. Amerika qoy ağıllı şəkildə düşünsün. Haqlarımızı almaq üçün dünyanın bütün nöqtələrində düşməni izləyəcəyik. Əgər razılaşmanın şərtləri yerinə yetirilməsə, ilk nöqtəyə geri dönər, nüvə reaktorlarını işə salarıq”.

Qeyd edək ki, keçən il Vyanada İranla altılıq ölkələri arasında rəsmi Tehranın nüvə fəaliyyətinin dayandırması ilə bağlı razılaşma imzalanıb.  (Axar.az)