XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Noyabr 2016 - 19:52

İngilis nəşri:"Türkiyə böyük müharibəyə başlaya bilər"

sd

Şiələrin Telaferə doğru hücuma keçəcəyi, yaxud PKK-ın Mosul hadisələrindən mənfəət əldə edəcəyi təqdirdə Türkiyə böyük müharibəyə başlaya bilər.

Bu iddia ilə “İndependent” qəzetinin məşhur müxbiri Patrik Kokburn çıxış edib.

“Mosul müharibəsi Ankara və Bağdad arasında savaşa səbəb ola bilər. İŞİD-dən sonra Mosul və ətraf bölgələrin kimin nəzarətində olması məsələsi tərəflər arasında ciddi gərginlik yaradacaq. İraq ordusunun şəhərə girməsi və şiələrin Telaferə doğru irəliləməsi gərginliyi pik həddə çatdırır. Türkiyə özünü İŞİD-in məğlubiyyətindən sonra bölgədə müdafiəsiz qalan sünni ərəblərin müdafiəçisi kimi görür”, – deyə yazar məqaləsində bildirilib.

Xatırladaq ki, İraq Baş naziri Heydər Abadi də dünənki açıqlamasında ölkəsinin Türkiyə ilə hər an mühariəyə hazır olduğunu bildirmişdi. (Axar.az)