XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2016 - 21:08

“2017-ci ildə dünyada 3 milyon uşaq infeksion xəstəliklərdən öləcək” –Şok hesabat

xestexana-daxili-

"2017-ci ildə dünyada 3 milyon uşaq infeksion xəstəliklərdən öləcək".

Bu barədə Gigiyena üzrə Ümumdünya Şurasının (The Global Hygiene Council) hesabatında deyilir.

Ekspertlər belə nəticəyə gəliblər ki, hər il bir milyon uşaq pnevmoniyadan, 700 min uşaq isə diareyadan ölür. Qeyd olunur ki, dünyada ailələrin yarısından çoxu gigiyena qaydalarına əməl etmir.

Həmin qaydalara əsasən, soyuqdəymə və qrip virusunun yayıldığı mövsümlərdə evləri dezinfeksiya etmək düzgün deyil. Digər tərəfdən fərdi evlərin 31 faiz hallarda bağırsaq infeksiyaların mənbəyi qismində çıxış etdiyi vurğulanır.    

Mütəxəssislər hesab edir ki, uşaqlar arasında infeksion xəstəliklərdən ölüm hallarının əsas səbəbi gigiyena qaydalarına əməl olunmamasıdır. 

APA