Türkiyə polisi ölkənin cənubundakı Qaziantep vilayətində təhlükəsizlik tədbirlərini gücləndirib.
Bu tədbirlər İŞİD tərəfindən ola biləcək terror aktı təhlükəsi ilə bağlıdır.
Bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin cəlb olunduğu deyilir. Bundan başqa, yerli polisin İŞİD-ə qarşı yeni əməliyyatlara hazırlaşdığı da məlumat verilib.
Qeyd edək ki, ötən ayın ortalarında Türkiyə Milli Kəşfiyyat İdarəsi ölkənin bütün vilayətlərində İŞİD tərəfindən terror aktları törədilə biləcəyini demişdi.
Trend