XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 November 2016 - 05:58

İŞİD lideri Mosuldan qaçdı –Tərəfdarlarını isə qalıb vuruşmağa çağırdı

El-Baqdadi-BBC.jpg

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi İraqın Mosul şəhərini tərk edib.

APA-nın  “The Guardian”a istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın XİN rəhbəri Boris Conson xüsusi xidmət orqanlarının məlumatına əsaslanaraq bildirib.  

Onun sözlərinə görə, şəhəri tərk etdikdən sonra Əl-Bağdadi internet vasitəsi ilə İŞİD üzvlərini şəhərdə qalmağa və son nəfəsədək döyüşməyə çağırıb.   

Məlumata görə, terrorçular Əl-Bağdadinin müraciətini şəhərdə səsucaldanlarla yayımlayıblar.