XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 November 2016 - 10:48

“Maliyyə vasitəçiləri hazırlamalıyıq” – Rüfət Aslanlı

rufet

"Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsinin (KBML) reallaşdırılması nəticəsində nə qədər uğurlar əldə etsək də, bu o demək deyil ki, maliyyə sektoru və kapital bazarlarında islahatlar təşəbbüsünü başa vurmuşuq".

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

R. Aslanlı qeyd edib ki, kapital bazarlarının inkişafı üçün əlavə təşəbbüslərə ehtiyac var: "Bu təşəbbüslər Palatanın gündəliyindədir. Kapital bazarlarının imkanlarından yetərli dərəcədə istifadə edə bilən maraqlı tərəflərin bazara gətirilməsinə nail olmalıyıq. Eyni zamanda, həmin maraqlı tərəflərə effektiv xidmət göstərə bilən kapital bazarları iştirakçıları, maliyyə vasitəçiləri hazırlamalıyıq".

APA