XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Noyabr 2016 - 12:39

Sabah yağış yağacaq –Hava proqnozu

Yağış 77

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam isə buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun yarımadada gecə 8-10° isti, gündüz 12-16° isti, Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcəl, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.