XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2016 - 13:44

QMİ:"Allahşükür Paşazadə İspaniyaya səfər edəcək"

s

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə noyabrın 7-də İspaniya Krallığına səfərə yola düşəcək.

Strateq.az QMİ-nin mətbuat xidmətindən verilən məlumata istinadən bildirir ki, səfər İspaniyanin Mursiya Katolik Universitetinin dəvəti əsasında həyata keçirilir.

A. Paşazadə Madrid və Mursiyada müvafiq olaraq 8-10 noyabr tarixlərində keçiriləcək «Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi» mövzusunda konfranslarda iştirak edəcək. Konfranslar Azərbaycan prezidenti İlham Əliyev tərəfindən elan edilmiş "Multikulturalizm ili" çərçivəsində Mursiya Katolik Universitetinin Kilsə-dövlət münasibətləri və İnsan hüquqları kafedrası tərəfindən təşkil olunur. İspaniya Krallığı Ədliyyə Nazirliyinin Beynəlxalq hüquqi əməkdaşlıq və əlaqələr üzrə baş direktorunun dəstəyi ilə keçiriləcək tədbirlərdə Valensiya arxiyepiskopu, kardinal Antonio Kanizares və digər yuksək səviyyəli din xadimləri, dövlət, hökumət nümayəndələri iştirak edəcək.

Konfranslara Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, eləcə də Azərbaycandakı ənənəvi dini konfessiyaların başçıları — RPK-nin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, dağ yəhudiləri dini icmasının rəhbəri Melih Yevdayev və Bakı katolik icmasının ordinarisi Vladimir Fekete də qatılacaq. QMİ sədri A. Paşazadə Azərbaycanda mövcud tolerantlıq mühiti, multikultural həyat tərzi barədə məruzə ilə çıxış edəcək.