XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2016 - 14:13

Akt tərtib edilib –Bakıda ağacların qanunsuz kəsilməsi ilə bağlı

etsn

Noyabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar Xətt”inə Bakının Nərimanov rayonu Əliyar Əliyev küçəsi 25 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, ETSN-nin əməkdaşları şikayəti yerində araşdırıblar. Araşdırma zamanı diametri 40 sm olan 1 ədəd tut və diametri 25 sm olan 1 ədəd sərv ağacının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkarlanıb olunub. Faktla bağlı akt tərtib edilib. Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Nərimanov rayon İcra Hakimiyyətinə və Polis İdarəsinə müraciət edilib.