Türkiyənin Almaniyadakı səfirliyinin müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Almaniya Xarici İşlər naziri Frank Valter Ştaynmayer diplomatdan Türkiyədə baş verən son hadisələrlə bağlı məlumat alıb.
Xatırladaq ki, aralarında HDP həmsədrləri Səlahəddin Dəmirdaş və Figen Yüksəkdağ da olmaqla, 12 millət vəkili həbs edilib. Onlardan biri – Ziya Pir sonradan sərbəst buraxılıb. (Axar.az)