“Türkiyə terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə çox əhəmiyyətlidir”.
Bunu Böyük Britaniyanın xarici işlər naziri Boris Conson krallıq parlamentinin Aşağı Palatasında İraq və Suriyada İŞİD-ə qarşı mübarizədən danışarkən bildirib.
Onun sözlərinə görə, İraqda 500 ingilis hərbçi bu ölkənin təhlükəsizlik qüvvələrinə təlim keçir: “Orta Şərqdəki 1 350 ingilis hərbçi İŞİD-ə qarşı mübarizəni dəstəkləyir. Bəşşar Əsəd, Rusiya və İran Hələbin şərqində gərginlik yaratdığı halda Tükiyə Suriyanın mülayim müxalifəti ilə İŞİD-ə qarşı mübarizədə üzərinə düşəni yerinə yetirir”. (Report)