XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2016 - 17:20

“Azercell”dən kampaniya: –ilkin ödənişsiz "iPhone 7" al, ayda cəmi 89 manat ödə!

iphone7-4-nov

Bir neçə gün öncə ölkənin lider mobil operatoru Azercell Telekom iPhone 7 və iPhone 7 Plus smartfonlarının Azərbaycanda rəsmi təqdimatçısı kimi abunəçilərinə yeni cəlbedici təklifi barədə elan verib.

Şirkətdən Strateq.az-a verilən məlumata görə, nəhayət, bu gün – 4 noyabr tarixindən etibarən Azercell-in bütün müştəriləri güzəştli şərtlərlə iPhone 7 telefonuna sahib olmaq üçün ayda cəmi 89 AZN ödəməklə ən müasir smartfon və 30GB həcmində Hədsiz İnternet paketini əldə edə bilər.

Beləliklə, ən müasir smartfonu əldə etmək istəyən abunəçilər 4 noyabr tarixlərindən Azercell-in Z.Tağıyev 18, B.Bağırova 2, 28 May 33A ünvanlarında yerləşən Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşıb bu sərfəli  təklifdən yararlana bilər.

Onu da bildirək ki, telefonların sayı məhduddur.

Qeyd etmək lazımdır ki, iPhone 7 və iPhone 7 Plus mobil telefonları iPhone-nun ən yeni nəsil modelləri olub, yeni kamera sistemi, ən uzun ömürlü batareya və suya/toza davamlılığı ilə seçilir.

Azercell şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməkdə davam edəcək.