XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

04 Noyabr 2016 - 17:38

İran Türkiyəyə elektrik enerjisinin nəqlini dayandırıb –Ödəniş etmədiyinə görə

elektrik

İran Türkiyəyə elektrik enerjisinin nəqlini dayandırıb. Bunu İranın energetika nazirinin müavini Huşeng Fəlahətiyan bildirib.

Onun sözlərinə görə, nəql dayandırılmasına səbəb qarşı tərəfin idxal etdiyi elektrik enerjisinə görə ödənişin etməməsidir. Nəticədə Türkiyənin İrana 200 mln. dollar borcu yaranıb. "İxracın dayandırılmasının əsas səbəbi ödənilməyən borcdur. Borcun qaytarılması və ixracın bərpası üçün danışıqlara başlanılıb", – deyə nazir müavini bildirib. (APA)