XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2016 - 12:33

Küçələri zibilləyən 535 nəfər inzibatiməsuliyyətə cəlb edilib

din-1

Cari ilin 9 ayı ərzində məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdıqlarına görə 535 nəfər inzibati məsuliyyətə cəlb edilib, həmin şəxslərə ümumilikdə 23.000 manatdan artıq cərimələr tətbiq olunub.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, bu, DİN-in və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə şəhər və rayonlarda, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsinin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı müəyyən olunub.

Bu ilin oktyabr ayı ərzində paytaxtın Yasamal, Səbail və Xəzər rayonları ərazilərində analoji hüquqpozmalara yol vermiş 3 nəfər barəsində 13.550 manat məbləğində cərimələr tədbiq olunub. Ev heyvanlarını qadağan olunmuş yerlərdə gəzdirdiklərinə görə də 3 nəfərin hər biri 200 manat məbləğində cərimələniblər.