XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

05 Noyabr 2016 - 13:35

“BakuBus”dan şagirdlərəyeni fürsət

“BakuBus” “Gələcəyin sərnişinləri” adlı yeni layihəyə start verib.

Qurumdan verilən məlumata görə, bu gün “BakuBus” Xətai rayonunda yerləşən 138 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə “Gələcəyin sərnişinləri” adlı yeni maarifləndirici layihəyə start verib. Bildirilir ki, layihənin həyata keçirilməsində əsas məqsəd məktəblilərə ictimai nəqliyyatdan, “BakuBus” avtobuslarının xidmətlərindən təhlükəsiz və rahat istifadə qaydalarını öyrətməklə yanaşı, eyni zamanda onlara nümunəvi, ictimai fəal sərnişin kefiyyətlərini aşılamaqdır.

Əvvəlcə şagirdlərə Sürücü Təlim Mərkəzində təlimatçı-müəllimlər tərəfindən ictmai nəqliyyat vasitələri haqqında ətraflı məlumtlar verilmiş, onlara əyani vasitələrlə ictimai nəqliyyatda təhlükəsizlik qaydaları izah olunub. Sonra şagird və müəllimlər “BakuBus” avtobusları ilə Dövlət Bayrağı Meydanı istiqamətində yola düşüblər. Avtobusda şagirdlərə ictimai nəqliyyatdan, istifadə qaydaları ilə yanaşı, digər yol hərəkəti qaydaları, yol nişanları, piyada keçidləri v.s. haqqında geniş məlumatlar verilib.

Yol boyu avtobusun keçdiyi şəhərin tarixi memarlıq abidələri ilə bağlı şagirdlər məlumatlandırılıb və onlara milli-mənəvi dəyərlərimiz, ictimai nəqliyyatda etik davranış qaydaları haqqında bilgilər çatdırıblar. Dövlət Bayrağı Meydanı ilə yaxından tanış olan şagirdlər Azərbaycan bayrağına həsr olunmuş şerlər səsləndirib və xatirə şəkilləri çəkdiriblər.

Sonda tədbirdə iştirak etmiş məktəblilərə hədiyyələr təqdim olunub və onlara təəssüratları ilə bağlı inşa işi yazıb “BakuBus”un elektron ünvanına göndərmələri tövsiyyə olunub. Bu yazılardan üç ən yaxşı inşa işinin seçilərək müəllifinə xüsusi mükafatların təqdim olunacağı bildirilib. Gələcəkdə Bakı şəhərinin digər məktəblərini də əhatə edəcək “BakuBus”un “Gələcəyin sərnişinləri” layihəsi mütəmadi keçiriləcək.