XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2016 - 15:12

Göyçayda Nar bayramıbaşlayıb

Göyçay rayonunda XI Nar bayramı başlayıb.

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ənənəvi məhsul bayramında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ətraf rayonların icra hakimiyyətlərinin başçıları, yerli və xarici iş adamları iştirak edirlər.

Tədbirin təşkil olunduğu Göyçay şəhər stadionu xüsusi şüarlar, bayraq, plakat və lövhələrlə bayramsayağı bəzədilib. Göyçayda nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin məhsullarından ibarət yarmarkalar, müxtəlif sort nar və ondan hazırlanan məhsulların sərgiləri, eləcə də nar ilə bağlı müxtəlif müsabiqə və oyunlar keçirilir. Qonaqlara əl əməyi ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, müxtəlif sortdan olan gilələnmiş narın dadına baxmaq imkanı yaradılıb.

Bayram tədbiri çərçivəsində rayon mədəniyyət evinin kollektivi, mahnı-rəqs qrupları, kəndirbaz, sehrbaz və idmançılar çıxış edəcəklər. Tədbirdə ən böyük nar da nümayiş olunacaq.

XI Nar bayramı Azərbaycanın tanınmış incəsənət ustalarının çıxışları və atəşfəşanlıqla başa çatacaq(azərtac).