XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2016 - 16:23

Dağlıq Qarabağın adıdəyişdirilir

İşğalçı rejim Dağlıq Qarabağın adının dəyişdirilməsi barədə qərar qəbul edib. Həmin qərara əsasən, Dağlıq Qarabağ “Artsax Respublikası” adlanacaq.

Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, bunu “Dağlıq Qarabağın milli məclisi”nin sədri Aşot Qulyan bildirib.

“Artıq “Dağlıq Qarabağ Respiblikası”nın (ayırma bizimdir) konstitusiyası deyil, Artsax Respublikasının konstitusiyası olacaq. Bu o deməkdir ki, konstitusiyada subyekt dəyişir və uzun illər ərzində danışdığımız həyata keçirilir – biz tarixi, əzəli adımıza qayıdırıq və bu, yeni konstitusiyanın elə ilk bəndində öz əksini tapacaq”, – Qulyan deyib.

Məlumatda o da qeyd olunur ki, “yeni konstitusiya”nın layihəsi separatçıların lideri Bako Saakyanın təsdiqinə təqdim ediləcək.