Yol polisi sürücünü xəstəxanalıq etdi

Fevralın 27-də Gəncədə yol polislərinin iştirakı ilə daha bir xoşagəlməz insident baş verib.
Şəhərdəki mənbələrdən verilən məlumata görə, əslən Kəlbəcərdən olan Nəsirov Rəhim İbrahim oğlunun idarə etdiyi 10 NN 192 nömrəli “Mersedes Benz” avtomobilini saxlayan yol polisləri onun sərxoş olduğundan şübhələnərək narkoloji dispanserə aparıb yoxlamadan keçiriblər. Geri qayıdarkən sürücü ilə polislər arasında insident yaşanıb və iddialara görə kəlbəcərli sürücünü döyərək xəstəxanalıq ediblər.
Xəstəni gecə saat 20.35 radələrində Gəncə Şəhər 3 saylı xəstəxanaın travmatologiya şöbəsinə yerləşdiriblər və vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edəki ki, hadisə Gəncə DYP-nin tağım komandiri Eldəniz Həsənovun növbəsində baş verdiyi deyilir(moderator.az).