XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2016 - 19:23

“Qarabağ” “Qəbələ” iləxalını bərabərləşdirdi

Noyabr 6-da futbol üzrə Topaz Premyer Liqasında XI tura yekun vurulub.

Turun son oyun günündə iki qarşılaşma keçirilib. İlk matç Şüvəlanda oynanılıb. Turnirin sonuncusu AZAL “Qəbələ”ni qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb. Bununla da, 11 oyundan 25 xal toplayan “Qəbələ” turnir cədvəlinin 1-ci pilləsində qalıb. Autsayder AZAL isə xal ehtiyatını 4-ə çatdırıb.

Turun digər matçında isə “Zirə” və “Qarabağ” komandaları üz-üzə gəliblər. Oyunun ilk 45 dəqiqəsində qapılar toxunulmaz qalıb. İkinci hissədə hücumlarını artıran Qurban Qurbanovun yetirmələri 69-cu dəqiqədə qol imkanından maksimum yararlanıblar. Dani Kintana meydan sahiblərinin qapısına yol tapıb. Bundan 10 dəqiqə sonra “Qarabağ” rəqib torunu ikinci dəfə silkələyib. Bu dəfə Elvin Yunuszadə fərqlənib. Qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra “Qarabağ” xal ehtiyatını 25-ə yüksəldərək “Qəbələ”yə çatıb. Hazırda bu iki komanda şərikli liderdir. “Bakının “İnter” klubu 20 xalla üçüncü, “Zirə” isə 14 xalla dördüncüdür.

Qeyd edək ki, milli komandalarının oyunları ilə əlaqədar çempionata ikihəftəlik fasilə veriləcək və XII tur noyabrın 19-dan 20-dək davam etdiriləcək(azərtac).