XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 November 2016 - 11:13

“20 yanvar” stansiyasına bomba qoyulduğu barədə yalan xəbər verənBərdə sakini tutuldu

hebs

Noyabrın 4-də saat 12.10 radələrində naməlum şəxs Daxili İşlər Nazirliyinin (DİN)  "102" zəng mərkəzinə telefon edərək  metronun "20 Yanvar" stansiyasına bomba qoyulduğunu  və 13 dəqiqədən sonra partlayacağını bildirib. 

Xəbəri DİN yayıb.  Müəyyən edilib ki, həmin şəxs Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Şahlar Həsənovdur. Metropoliten və Bərdə rayon polis şöbələrinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən şəxs tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.