XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2016 - 12:47

Bakıda ərəb turistlər yol qəzasında həlak oldu

qeza

Bakıda ərəb turistlər yol qəzasında həlak olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə noyabrın 5-də saat 17 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində baş verib. Şirvan şəhər sakini Rasim Abıyevin idarə etdiyi "Mercedes" və Sumqayıt şəhər sakini Elçin Məmmədovun idarə etdiyi "Nisaan" markalı avtomobillər toqquşub. Nəticədə E.Məmmədovun sərnişinlərindən – Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Suhail Saeed Almeqbaali və Lamees Ziyad Mahmoud Jbareh hadisə yerində ölüb, özü və digər 1 sərnişini, habelə R.Abıyevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.