XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

07 Noyabr 2016 - 17:58

Türkiyə səfiri:""Bir millət, iki dövlət” prinsipinə sadiq qalacağam"

turk-sefiri-16

Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral tanışlıq məqsədilə media nümayəndələri ilə görüş keçirib.

Strateq.az xəbər verir ki, bu gün keçirilən görüşdə E.Özoral ölkəmizdən 2009-cu ildə ayrıldığını, 7 il sonra səfir kimi Azərbaycanda fəaliyyətə başladığını və bununla qürur duyduğunu bildirib.

Diplomat deyib ki, Azərbaycan bu illər ərzində böyük inkişafa nail olub və bundan sonra da daha da inkişaf edəcəyinə əmindir: “Azərbaycanda bir çox sahələr inkişaf edib. Bunlardan biri də mətbuatdır. Bu gün Azərbaycanda televiziyalar və yazılı media ilə yanaşı, internet medianın fəaliyyətinin genişlənməsi məmnunluq yaradır”.

Səfir 15 iyul, o cümlədən, son günlər Türkiyədə baş verən hadisələrə də toxunub: “Fəaliyyət göstərəcəyim müddət ərzində “bir millət, iki dövlət” prinsipinə sadiq qalacağam. Türkiyə və Azərbaycan arasındakı münasibətlər 15 iyuldan sonra nümunəvi hala gəlib. Təbii ki, bizim qardaşlıq münasibətlərimiz əbədidir. Amma Azərbaycan hökumətinin, dövlətinin, ölkə başçısının 15 iyuldan sonra bizə göstərdiyi qardaşlıq münasibəti heç zaman unudulmayacaq. Biz bu dəstəyi hər zaman hiss edirik”.

Onun sözlərinə görə, türk milləti terrorçuları, FETÖ və PKK-nı məhv etmək üçün birlikdə mübarizəni davam etdirəcək.

 L.SƏMLA