XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

07 Noyabr 2016 - 18:25

Moskvadan Bakıya qaçmaq istəyən qatil təyyarədə tutuldu

hebs

Rusiyanın paytaxtı Moskvada polislər kikboksinq üzrə ikiqat dünya çempionunun qətlində şübhəli bilinən şəxsi saxlayıb.

Bu barədə Trend Rusiya Daxili İşlər Nazirliyinin mətbuat katibliyinə istinadən məlumat verir.

Ötən gün Moskvanın Cənub-qərb dairəsində baş vermiş qətldə əslən Şimali Qafqazdan olan 31 yaşlı şəxs şübhəli bilinir. Rusiya DİN bildirir ki, iki nəfər ticarət mərkəzinə yaxınlaşdıqdan sonra onların arasında maliyyə məsələsi ilə bağlı mübahisə başlayıb. Daha sonra onlardan biri digərinə odlu silahdan atəş açaraq hadisə yerindən uzaqlaşıb.

Polisin məlumatına əsasən, hadisədən sonra şübhəli şəxs Bakıya uçan təyyarəyə bilet alıb. Həmin şəxs Şeremetyevo hava limanında polislər tərəfindən saxlanılaraq təyyarədən endirilib.