XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

08 Noyabr 2016 - 13:15

İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi –Sərəncam

ilham

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 14 oktyabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə aşağıdakı məzmunda 598.0.7-ci maddə əlavə edilib:

“monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin aktivlərinin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dondurulması üzrə tədbirlərin görülməməsinə və ya maliyyə monitorinqi orqanının aktivlərin dondurulması barədə qərarının icra edilməməsinə görə – ”.