XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 November 2016 - 19:52

Hərbi hissə və birləşmələrdə əsgərlərin andiçmə mərasimi keçiriləcək –Müdafiə Nazirliyindən açıqlama

mudafi%c9%99

Noyabrın 13-də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.

Bu barədə Strateq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordusunun və birliklərin hərbi hissələrinin ərazilərində keçiriləcək mərasimlərdə hərbi rituala uyğun olaraq gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edəcəklər:

"Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar və əsgərlərin valideynləri iştirak edəcəklər. Mədəni-kütləvi tədbirlər keçiriləcək və valideynlər hərbi hissələrdə yaradılmış şəraitlə də tanış olacaqlar".