XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

08 Noyabr 2016 - 23:07

“Formula-1″in 2017-ci il Bakı mərhələsi üçün ən baha bilet –520 dollar

azad-3

"Formula-1" maşın sinfində avtomobil yarışları üzrə dünya çempionatının 2017-ci ildə keçiriləcək Bakı mərhələsi üçün ən baha bilet 520 dollara olacaq.

Bu barədə jurnalistlərə mərhələnin promouteri Arif Rəhimov məlumat verib.

"Qran-pri üçün bilet satışlarına dekabrın 1-dən başlanacaq, biz bunu tezliklə elan edəcəyik. Ən bahalı bilet 520 dollara olacaq, lakin biz biletləri yerli valyuta olan manatla satacağıq. Ən ucuz bilet 40 dollara başa gələcək", – deyə Rəhimov bildirib.

Report