XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

09 Noyabr 2016 - 15:18

Suzanna Çaqinyan:"Qarabağ münaqişəsi erməni xalqına, Qarabağ ermənilərinə faciə gətirib”

yerevan

"Ermənistanda hakimiyyəti zəbt etmiş Serj Sarkisyan rejiminə qarşı mübarizə aparan hər kəs təzyiqlərlə üz-üzə qalıb".
 
Bunu bu gün Bakıda keçirilən mətbuat konfransında "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri:  Ermənistan və Azərbaycandan baxış" adlı beynəlxalq konfransın iştirakçısı, "Meridian" Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyan bildirib. 
 
O deyib ki, Sarkisyan rejimi münaqişənin həllində maraqlı deyil: "Serj Sarkisyana belə vəziyyət sərf edir. Dağlıq Qarabağ münaqişəsi erməni xalqına, Dağlıq Qarabağda yaşayan ermənilərə faciə və göz yaşları gətirib, bundan başqa heç nə bəxş etməyib. Yalnız Serj Sarkisyan kimilər bundan istifadə edərək hakimiyyəti ələ keçiriblər".  (APA)