XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

09 Noyabr 2016 - 15:33

Vaan Martirosyan:"Qarabağ münaqişəsi həll olunan kimi Sarkisyan rejiminin ömrü başa çatacaq"

martiosyan

"Mən dünən Sumqayıtda yaşayan erməni ailə görüşdüm. Mən soruşdum ki, hər hansı problemlə üzləşiblərmi. Ailə üzvlərindən biri dedi ki, məktəbdə işləyir, hər hansı problemlə üzləşməyib".

Bunu bu gün Bakıda keçirilən mətbuat konfransında "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri:  Ermənistan və Azərbaycandan baxış" beynəlxalq konfransın iştirakçısı, Ermənistanın “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan bildirib. 
V. Martirosyan Serj Sarkisyan rejiminin azərbaycanlılarla ermənilərin birgə yaşaya bilməyəcəyi barədə apardığı faşist təbliğatının əsassız olduğunu vurğulayıb: "Dağlıq Qarabağ münaqişəsi həll olunan anda Serj Sarkisyan rejiminin ömrü başa çatacaq".  (APA)