XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

09 Noyabr 2016 - 17:36

Suzan Caqinyan:"Mən Xocalıda törədilən hərbi cinayəti qınayıram"

suzanna-22

"Ermənistan prezidenti Serj Sarqsyan Ermənistanda sülhə gedən yolda ilk maneədir". 

Bunu erməni jurnalist, ictimai xadim Suzan Caqinyan "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxışlar" konfransında bildirib. 

"Dağlıq Qarabağ münaqişəsi Ermənistana yalnız göz yaşı və bədbəxtlik gətirib. Siz Azərbaycan torpaqlarının işğalı barəsində soruşursunuz? Yalnız bu sual mənə deyil, Ermənistan rəhbərliyinə, bu sülhdə maraqlı olmayan şəxslərə ünvanlanmalıdır", – deyə S.Caqinyan qeyd edib. 

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin yarandığı dövrdən Yerevanda hakimiyyətə müharibənin davam etməsində maraqlı olan şəxslər gəlib. 

S.Caqinyan vurğulayıb ki, Ermənistanda onun kimi düşünən insan çoxdur: "Mənim səfərimin məqsədi sülhü möhkəmləndirməkdir. Uşaqları öldürmək olmaz. Ermənistan sakinləri birləşməli və prezidentən bu müharibəyə son qoymasına nail olmalıdırlar. Sarqsyan və Koçaryan öz xalqını məhv edir, onlar öz hakimiyyətlərini davam etdirsələr, erməni xalqı yox olacaq". 

O, mütləq öz vətəninə qayıdacağını söyləyib: "Çünki özümü böyük vətənpərvər hesab edirəm. Mən öz ölkəmi cinayətkarlara vermək istəmirəm. Mən ölkəmi Serj Sarqsyan kimi insanlara vermərəm. Bu, mənim ölkəmdir, onun yox. Öz həyatım üçün qorxmuram. Həyat bir dənədir". 

S.Caqinyan bildirib ki, Ermənistan hökuməti kütlələri idarə etmək və ideologiyalarını təsdiq etmək üçün vətənpərvərlikdən istifadə edir. 

O deyib ki, sabah Xocalı soyqırmı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edəcək: "Mən Xocalıda törədilən hərbi cinayəti qınayıram və Ermənistan xalqı adından azərbaycanlılardan üzr istəyirəm".    (Report)