XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

10 Noyabr 2016 - 00:51

Hakimin evi yandırıldı, bütün oyunlar dayandırıldı –Yunanıstan futbolunda qalmaqal

top-qapiya

Yunanıstanda bütün futbol yarışları dayandırılıb.

Bu barədə qərarı Yunanıstan Futbol Federasiyası (YFF) verib.

Buna səbəb yerli Hakimlər Komitəsinin sədri Giorgos Bikasın evinin yandırılması olub. YFF hadisədən sonra ölkədə bütün futbol yarışlarının müddətsiz dayandırıldığını açıqlayıb.

Yunanıstanın “Panatinaikos”, “Olimpiakos” və PAOK kimi böyük klubları federasiyanın bu qərarına dəstək veriblər.

Yunanıstanda bu, ilk belə hal deyil. Ötən mövsüm də analoji vəziyyət yaşanmış və PAOK-la “Olimpiakos” arasındakı matçda baş vermiş iğtişaşdan sonra ölkə kuboku uğrunda oyunlar dayandırılmışdı.

Qeyd edək ki, PAOK Avropa Liqasında “Qarabağ”la birgə J qrupunda mübarizə aparır.

APA