XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Noyabr 2016 - 10:35

Britaniyanın ən böyük aviaşirkəti Azərbaycandan getdi –Nümayəndəlik ləğv olundu

britis

“British Airways Plc.” şirkətinin Azərbaycan nümayəndəliyi ləğv olunub.

Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

Qeyd edilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri Yasamal rayonu İzmir küçəsi, ev 8, “Hyatt Tower -2” (VI mərtəbə) ünvanına bildirə bilərlər. (Report) “British Airways” aviaşirkəti sərnişin və yük daşımaları həyata keçirir. Dünyanın təxminən 400 istiqamətinə uçuşlar yerinə yetirir.

Xatırladaq ki, şirkət bu ilin aprelin 29-dan London-Bakı-London istiqaməti üzrə aviauçuşlarını dayandırıb.