XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2016 - 12:08

Çovdarovun səhhəti pisləşdi –Məhkəməyə gətirilmədi

covdarov

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi proses jurnalistlərin iştirakı olmadan keçirilir.

 Vəkil Cavid Rzazadənin jurnalistlərə verdiyi məlumata görə, prosesdə bildirilib ki, A. Çovdarov səhhətində olan problemlərlə əlaqədar məhkəməyə gətirilməyib. Digər təqsirləndirilən şəxslər isə prosesdə iştirak edirlər. Hazırda həkimlər A. Çovdarovu müayinə etdiyindən iclasda fasilə elan olunub.