XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2016 - 15:44

Qanuna dəyişiklikdən sonra cinayət tərkibi yaratmayan 300 cinayət işinə xitam verilib

hebs

“Elektron cinayət işi”nin tətbiqi başa çatdırılmış cinayət işləri üzrə elektron istintaq materiallarının gələcəkdə prokurorluq orqanları vasitəsilə elektron məhkəmə sisteminə qoşulmuş məhkəmə orqanlarına göndərilməsi mümkün olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Vegilər Nazirliyinin Vergi Cinayətlərinin təhlili və vergi borclarının alınması baş idarəsinin rəisi Zeynalabdin Məmmədzadə jurnalistlərə müsahibəsində deyib.

O, həmçinin bildirib ki, Cinayət Məcəlləsində dekriminallaşdırma ilə bağlı bir sıra düzəlişlər edilib. Belə ki, Cinayət Məcəlləsinin bəzi maddələri üzrə cinayət tərkibli işlərlə əlaqədar dəymiş ziyanın məbləği yuxari həddə qaldırılıb.

“Sözügedən dəyişikliklər vətəndaşların hüquq və mənafelərinin müdafiəsi məqsədini daşıyır. Qanuna edilmiş dəyişiklikdən sonra cinayət tərkibi yaratmayan cinayət işlərinə xitam verilib. Hazırda bu tipdə 300-yə yaxın material var”,- deyə Z. Məmmədzadə vurğulayıb.