XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

11 Noyabr 2016 - 10:26

Xəzərdə itkin düşən neftçinin cəsədi tapıldı –Açıqlama

xezer2

Xəbər verildiyi kimi, "Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsi çərçivəsində noyabrın 8-də səhər saatlarında "Dərinsulu Günəşli" platformasındakı qazma podratçısının bir işçisinin  itkin düşüb.

"Caspian Barrel"in neft dairələrindən əldə etdiyi məlumatlara görə, həmin şəxs Britaniyanın "KCA-Deutag” şirkətində qazmaçı vəzifəsində çalışırmış.

Qazmaçının cəsədi noyabrın 10-da xüsusi dalğıc qurğusunun apardığı axtarış nəticəsində Dərinsulu Günəşli platformasının altından tapılıb. Burada suyun dərinliyi 120 metrə yaxındır.

Strateq.az Mia.az-a istinadən xəbər onu da bildirir ki, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı itkin düşən şəxsin kimliyini açıqlamışdı: "İtkin düşən həmin şəxs Qalıb Hacıyevdir. Əlavə araşdırma aparırıq".

Onu da xatırladaq ki, "KCA-Deutag” şirkəti 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərir və istismar quyularının layihələndirilməsi və onların qazılması sahəsində BP şirkətinin Xəzər əməliyyatlarında baş podratçısıdır.