XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Noyabr 2016 - 12:49

Sabah hava necə olacaq? –Proqnoz açıqlandı

hava

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun yarımadada gecə  9-11° isti, gündüz  14-17° isti, Bakıda gecə  9-11° isti, gündüz  15-17° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yuxarı 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 75-85%, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 4-17° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.