XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

11 Noyabr 2016 - 14:19

“Azərsell” tarifləri artıracaq? –Açıqlama

vahid-azercell

"Mobil danışıq tariflərinin artırılması məsələsi hazırda gündəmdə deyil".

Bunu "Azərsell Telekom" MMC-nin rəhbəri Vahid Mürsəliyev deyib.

V.Mürsəliyevin sözlərinə görə, milli valyutanın gələcək mövqeyi ilə əlaqədar olaraq gələcəkdə tariflərə baxılması mümkündür:

"Ötən ilin 10 ayına nisbətən gəlirlərimiz 5% azalıb. Amma bu, vergilərin ödənilməsinə təsir etməyib".

V.Mürsəliyev deyib ki, şirkət "Mobil finans" xidmətini tətbiq etmək üçün araşdırmalar aparır:

"Bilirik ki, abunəçilərimiz bunu gözləyir. Amma hələlik araşdırmalar davam edir. Çünki bu, böyük layihədir və əgər bank xidmətləri göstəriləcəksə, müvafiq qurumlardan icazə alınmalıdır".

Report